» » Azərbaycan-Ermənistan sərhədində atışma - yaralananlar var

Azərbaycan-Ermənistan sərhədində atışma - yaralananlar var

Bölmə: MANŞET
Azərbaycan-Ermənistan sərhədində atışma - yaralananlar var

Tovuz rayonunun Əlibəyli kəndində döyüş gedir.

Xalqinfo.az musavat.com-a istinadən xəbər verir ki, ermənilərin aramsız açdıqları atəş nəticəsində 2 kənd sakininin yaralandığı deyilir.

“2 saatdan artıqdır ki, fasiləsiz olaraq ermənilər kəndimizi iri çaplı silahlardan atəşə tutur. 2 yaralımız var. Onlardan biri Anya Ələsgərovanın vəziyyəti ağırdır”. Bu həyəcanlı xəbər bir neçə dəqiqə əvvəl Tovuzun Əlibəyli kəndindən alınıb.

Kənd sakinlərindən birinin veridyi məlumata görə digər yaralının da vəziyyəti ağırdır. Düşmənin fasiləsiz atəşi nəticəsində 10-a yaxın ev yararsız hala düşüb. Kənd sakini deyib ki, düşmənin mövqeyi Əlibəylini atəş altında saxlamaq üçün əlverişlidir: “Bizim mövqelərimizdən onların kəndlərini adekvat şəkildə atəş altında saxlamaq olmur. Bundan istifadə edirlər. Camaatın mal heyvanı küçələrdə qalıb. Hər kəsə atəş açırlar”.

Kənd sakini deyib ki, ordumuz düşmənə cavab verir.

***

Tovuz rayon Mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradovun verdiyi məlumata görə, Əlibəylidə yaralananlardan birinin vəziyyəti ağırdır.

"Güllə onun boyun nahiyyəsindən girərək sifətində dayanıb. Hazırda onun əməliyyat edilməsi üçün hazırlıqlar gedir", - deyə baş həkim bildirib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler