» » İŞİD terrorçuları Həzrəti Yunis türbəsini partladıblar

İŞİD terrorçuları Həzrəti Yunis türbəsini partladıblar

Bölmə: MANŞET
İŞİD terrorçuları Həzrəti Yunis türbəsini partladıblar

İŞİD terrorçuları Həzrəti Yunis türbəsini dinamitlə havaya uçurub. Partlayış anı kameraya alınıb. İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirən terrorçu qruplaşma bundan öncə Mosul, Telafer və Kərkükdə din adamlarına aid türbələri, şiə məscidlərini partladıb. Bu dəfə isə Mosulda yerləşən Həzrəti Yunis türbəsi dağıdılıb. Həzrəti Yunis həm müsəlmanlar, həm xristianlar arasında müqəddəs sayılan peyğəmbərlərdəndir. Türbənin dağıdılması iraqlılar arasında ciddi narazılığa səbəb olub.

Türbə hicri tarixin 134-cü ilində inşa edilib. Həccə gedən müsəlmanların bir qismi bu türbəni ziyarət edirdi.

Xatırladaq ki, iyulun ayının əvvəllərində Mosulda müqəddəs hesab edilən bir neçə şəxsin qəbrinin İŞİD-çilər tərəfindən dağıdılmasını göstərən video yayılıb. Dağıdılan qəbirlərdən birinin Yunis peyğəmbərə aid olduğu bildirilirdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler