» » Gülər Əhmədova Həccə getdi - Foto

Gülər Əhmədova Həccə getdi - Foto

Bölmə: MANŞET
Gülər Əhmədova Həccə getdi - Foto

Sabiq deputat Gülər Əhmədova Həcc ziyarətinə gedib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Gülər Əhmədova özü informasiya verib. “Allah arzusunda olan hər kəsə qismət etsin”, - deyə G.Əhmədova bildirib.

Qeyd edək ki, iyulun 12-də Bakı Apelyasiya Məhkəməsində eks-deputat Gülər Əhmədovanın Azərbaycandan çıxmasına qoyulmuş qadağanın götürülməsi barədə vəsatətə baxlıb və onun üç ay müddətinə ölkədən çıxmasına icazə verilib.

Xatırladaq ki, Əhmədova Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.

Gülər Əhmədova Həccə getdi - Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler