» » Prezidentlər bəyanat verdilər

Prezidentlər bəyanat verdilər

Bölmə: MANŞET
Prezidentlər bəyanat verdilər
"Xalqinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Yunanıstan prezidenti Karolos Papulyasın təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərin iştirakı ilə geniş tərkibdə görüş olub.

ans press-in məlumatına görə, görüş başa çatdıqdan sonra Azərbaycan-Yunanıstan sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıb.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yunanıstan Respublikası Xarici İşlər Nazirliyi arasında Azərbaycan Respublikasının Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıb.

“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Yunanıstan Respublikası Təhsil və Dini İşlər Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzalayıb.

Sənədlərin imzalanması mərasimindən sonra prezident İlham Əliyev və Yunanıstan prezidenti Karolos Papulyas mətbuata bəyanatlarla çıxış edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler