» » Dilqəmin atasından prezidentə müraciət - Video

Dilqəmin atasından prezidentə müraciət - Video

Bölmə: MANŞET
Dilqəmin atasından  prezidentə müraciət - VideoKəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərov prezident İlham Əliyevə müraciət edib.


Xalqinfo.az “Qafqazinfo”nun AzVision.az-a istinadən verdiyi məlumata əsasən bildirir ki, Qardaşxan Əsgərov oğlunun girovluqdan xilas edilməsi üçün ölkə başçısından kömək istəyib.

“Prezidentdən xahiş edirəm ki, oğlumun geri qaytarılmasında bizə yardım etsin. Dilqəmi 3 ildir ki, görmürəm. Oğlum öz ata-baba torpaqlarına gedib. Ora mənim ata yurdumdur. İnanıram ki, prezidentimiz bu məsələdə bizə kömək edəcək. Bir ata kimi arzulayıram ki, mənim meyitimi yerdən oğlum Dilqəm götürsün”.

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər.

Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.







Dilqəmin atasından  prezidentə müraciət - Video


















Əlaqə üçün E-mail: xalqinfo@mail.ru


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler