» » Bakı avtobusunda qadınların saçyoldusu

Bakı avtobusunda qadınların saçyoldusu

Bölmə: MANŞET
Bakı avtobusunda qadınların saçyoldusu
Ötən gün saat 19 radələrində sərnişin avtobusunda qadınlar əlbəyaxa dava edib. ANS PRESS-in məlumatına görə, hadisə “Neftçilər” metrosu və Yeni Günəşli qəsəbəsi istiqamətinə işləyən 64 saylı sərnişin avtobusunda olub.

Belə ki, avtobus Nizami rayonu ərazisində həmişəki kimi basabas gedirmiş. Bu zaman avtobusa yaşlı bir qadın minib. Qadının yanında bir uşaq da olub. Qadın ona ger verilmədiyi üçün başlayıb deyinməyə. Yaşlı qadın avtobusda oturan gənc xanımları təhqir edib və onları mədəniyyətsiz adlandırıb. Qızlardan biri ayağıdan əməliyyat olunduğu üçün dura bilmədiyini dedikdə, qadın onu da döyüb.

Qadın daha sonra qarşısında oturan qızlardan birinin saçına əl atıb. Qızın köməyinə isə onun yanında oturan hicablı rəfiqəsi gəlib. Daha sonra davaya arxada oturan 2 gənc qız da qoşulub.

Nəticədə avtobusda qadınların davası yaranıb. Dava zamanı yaşlı qadın gənc qızlardan birinin saçını yolub. Digər qızlar isə yaşlı qadını döyüblər. Dava vaxtı qadının yanındakı azyaşlı uşaq qorxudan çığıraraq ağlayıb.

Avtobusu saxlanıldıqdan sonra avtobusda olan kişilər davanı birtəhər sakitləşdiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler