» » Gömrükdə əməliyyat: Tramadol tutulub

Gömrükdə əməliyyat: Tramadol tutulub

Bölmə: MANŞET
Gömrükdə əməliyyat: Tramadol tutulubAstara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Xalqinfo.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata əsasən bildirir ki, yoxlama zamanı vətəndaşa məxsus əl yüklərinin içərisində 600 ədəd həb şəklində “Tramadol” adlı güclü təsir edən maddə aşkar olunub.

Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun piyada xəttinə isə Gürcüstan Respublikasına getmək üçün daxil olan Azərbaycan Respublikasının vətəndaşına məxsus siqaret qutusundan bir ədəd bükümdə, 2 qram narkotik vasitə olan - marixuana aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler