» » Ülküçülərdən Güney Azərbaycana böyük dəstək

Ülküçülərdən Güney Azərbaycana böyük dəstək

Bölmə: MANŞET
Ülküçülərdən Güney Azərbaycana böyük dəstəkTürkiyənin Ülkü Ocaqları Təşkilatı Güney Azərbaycan türklərinə dəstək məqsədi ilə bəyanat yayıb.

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, iyulun 30-da yayılan bəyanatda “Tərh-i No” qəzetinin türkləri təhqir etməsi pislənilib. Ülkü Ocaqlarının rəhbəri Olcay Qılavuz tərəfindən yayılan bəyanatda Azərbaycan türkləri ilə Anadolu türklərinin birgə dil, tarix, mədəniyyət və irqə malik olduqları vurğulanıb. O, İran hakimiyyətini Azərbaycan xalqından üzr istəməyə və son etiraz aksiyalarında tutulanları qeyd-şərtsiz azadlığa buraxmağa səsləyib:

“Həm inqilabdan öncə, həm də inqilabdan sonra İranın dəyişməyən siyasəti türk düşmənçiliyi olub. Milyonlarla türkü assimilyasiya etməyə çalışan bu yazıq zehniyyət müxtəlif siyasətlərlə mədəniyyətimizin izlərini silməyə çalışır. Ülkü Ocaqları “Tərh-i No” qəzetində yayımlanan təhqiredici materiala qarşı etirazlarda Güney Azərbaycan türklüyünün yanındadır. Millətimizə soysuz deyən alçaq və zalımlar əsla yaddan çıxarmamalıdırlar ki, bu millətin sayı özündən qat-qat çox olan Çini dizə çökdürən Oğuz xanın (Mete xan) nəslinə dayanır. Bu millətin ataları azadlıq üçün Ərgənəkondan çıxıb, dağları düz ediblər. Bu millət bağrında Fatehlər, Alparslanlar, Mahmudlar yetişdirib. Bir zamanlar dünyaya nizam verən Yavuz Sultan Səlim və Şah İsmayıl bu millətin soyundandır. Türkə kəfən biçməyə çalışanlar, mütləq tarix qarşısında cavab verəcəklər”.

Xatırladaq ki, “Tərh-i No” qəzeti iyulun 20-də Firdovsinin “Şahnamə” əsərindən bir hekayə nəşr edərək türkləri bədbəxt, irqi pis və s. kimi adlarla təqdim edib. Müəllif türklərlə yanaşı, qadınlara da hörmətsizlik göstərib. “Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı arvaddırlar. Ey irqi pis olan türk, sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get, arvadlar kimi əlinə pambıq və mil götür”, - qəzetdə dərc olunan yazının bir hissəsində qeyd olunub. Bundan sonra bütün Güney Azərbaycanda genişmiqyaslı etiraz aksiyaları start götürüb. Nəticədə onlarla soydaşımız həbs edilib.

Ülkü Ocaqları 60-cı illərdə Alparslan Türkeş tərəfindən yaradılıb. Təşkilat dünyanın bir çox ölkəsində rəsmi nümayəndəliyə sahibdir. Ülkü Ocaqları Milliyətçi Hərəkat Partiyasına yaxınlığı ilə seçilir.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler