» » Xəzərdə “Dəniz kuboku-2016” yarışına start verilib

Xəzərdə “Dəniz kuboku-2016” yarışına start verilib

Bölmə: MANŞET
Xəzərdə “Dəniz kuboku-2016” yarışına start verilibBu gün Dağıstanın Kaspiysk şəhərində “Beynəlxalq ordu oyunları-2016” çərçivəsindəhərbi gəmi heyətləri arasında "Dəniz kuboku-2016" yarışına start verilib.



Xalqinfo.az xəbər verir ki, APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yarışa Azərbaycan, Rusiya və Qazaxıstandan 130 nəfər qatılıb.

Yarışın təntənəli açılış mərasimində Dağıstan baş nazirinin müavini Ramazan Cəfərov və Rusiyanın Xəzər donanmasının komandir müavini, birinci dərəcəli kapitan Sergey Ekimov iştirak ediblər.

Dağıstanda bu yarışın ikinci dəfə keçirildiyini xatırladan S. Ekimov Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanlığı adından yarışa qatılan Azərbaycan və Qazaxıstan komandalarına təşəkkür edib.

Yarışda gəmilərdə təyinatı üzrə silahların tətbiqi, gəmilərin manevr qabiliyyəti və gəmi heyətlərinin xilasetmə əməliyyatına hazırlığı nümayiş etdiriləcək. Yarışın nəticəsi avqustun 11-də açıqlanacaq.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler