» » İlham Əliyevdən 111 nəfərlə bağlı - Sərəncam

İlham Əliyevdən 111 nəfərlə bağlı - Sərəncam

Bölmə: MANŞET
İlham Əliyevdən 111 nəfərlə bağlı - Sərəncam
Onlar isə prezident İlham Əliyevə minnətdarlıq ediblər


İyunun 10-da Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxslərlə görüşüb. “Xalqinfo” xəbər verir ki, DMX-da keçirilmiş görüşdə Firudin Nəbiyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxsləri təbrik edib.

F.Nəbiyev vurğulayıb ki, Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamları ilə bu gün əcnəbi və vətəndaşlığı olmayan 111 şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib, iki nəfər isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunb.

Daha sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin siyahısı oxunub.

Görüş iştirakçıları böyük etimada görə prezident İlham Əliyevə dərin minnətdarlıq edərək, Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacaqlarını bildiriblər.
qafqazinfo
Xatırladaq ki, ötən il ərzində Azərbaycan Respublikasının vətəndaşlığına 231 nəfər qəbul edilib, 10 nəfər isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler