» » Dövlət başçısı başsağılığı məktubu göndərib

Dövlət başçısı başsağılığı məktubu göndərib

Bölmə: MANŞET
Dövlət başçısı başsağılığı məktubu göndəribAzərbaycan Respublikası Prezidenti İlham Əliyev İtaliya Respublikasının Baş naziri Matteo Renziyə başsağlığı məktubu göndərib.

Xalqinfo.az Axar.az-a istinadən məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Baş nazir,

İtaliyanın cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çox sayda insanın tələf olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu göndərib:

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.



Kainat Şirin

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler