Nazir bayramı əsgərlər ilə birlikdə keçirdi - (FOTOLAR)Bölmə: MANŞET
Müdafiə Nazirliyinin (MN) rəhbərliyi Ramazan bayramı münasibətilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.Xalqinfo.az bildirir ki, nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, döyüş hazırlığı, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti ilə maraqlanıblar. Müdafiə naziri əməliyyat şəraiti ilə yaxından tanış olub. Bayram münasibətilə şəxsi heyəti təbrik edən nazir onların bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq qalaraq ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borclarını şərəf və vicdanla yerinə yetirəcəklərinə, döyüş hazırlığı səviyyəsinin daha da artırılmasında səylə çalışacaqlarına əminliyini ifadə edərək, hərbi qulluqçulara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətdə uğurlar arzulayıb. Nazir, eyni zamanda müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib. Sonda əsgərlərlə nahar edilib, ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparılıb. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|