» » Deputatın cərrah əmisindən ittihamlara cavab - “2 sutka evimə gəlmədim”

Deputatın cərrah əmisindən ittihamlara cavab - “2 sutka evimə gəlmədim”

Bölmə: MANŞET
Deputatın cərrah əmisindən ittihamlara cavab - “2 sutka evimə gəlmədim”Xəbər verdiyimiz kimi, Sumqayıtda 81 yaşlı cərrahın əməliyyat etdiyi xəstə bu gecə dünyasını dəyişib. 3 uşaq anası Lumu Veyisova öd kisəsindəki kəskin ağrılarla Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına müraciət edib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb.

Xalqinfo.az ANS TV-yə istinadən məlumatına görə, xəstənin yaxınları isə Lumu Veyisovun ölümündə həkimi günahlandırırlar. İddia edirlər ki, həkim yaşlı olduğu üçün xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.

Xəstəni əməliyyat edən həkim Cəfər Quliyev isə bununla razılaşmayıb. Açıqlama verən həkim məslənin təfərrüatları barədə məlumat verib.

O, xəstənin xəstəxanaya gec çatdırıldığını, vəziyyətinin ağır olduğunu bildirib:

“Böyrək çatışmazlığı var. Buna görə də dünyasını dəyişdi. 4 gün evdə qalıblar, 4-cü gün gəlib bizə. Öd kisəsi qanqrena, tərkibində daşlar, ətrafında irin. Qan da həmin o irinin əsasında zəhərlənib. Əməliyyat zamanı da o damar qırıldı, saxlamadı. 2 sutka ordan evimə gəlmədim, uşaq deyiləm axı mən də…”

Qeyd edək ki, "Şöhrət" ordenli, 81 yaşlı həkim Cəfər Quliyev deputat Fərəc Quliyevin əmisidir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler