» » Nazir Gəncədə qəbul keçirəcək

Nazir Gəncədə qəbul keçirəcək

Bölmə: MANŞET
Nazir Gəncədə qəbul keçirəcəkAzərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 24 iyun 2016-cı il tarixində Gəncə şəhərində, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, qəbulda yalnız Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Gəncə Regional Mərkəzində (ünvan: Gəncə şəhəri, Ə.Əliyev küçəsi 110) 23 iyun 2016-cı il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: info@fhn.gov.az



Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler