» » Əliyevdən Nazarbayevə təşəkkür! - Sərkisyan söhbəti

Əliyevdən Nazarbayevə təşəkkür! - Sərkisyan söhbəti

Bölmə: MANŞET
Əliyevdən Nazarbayevə təşəkkür! - Sərkisyan söhbəti
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb


İyunun 4-də Bodrumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşü olub.

"Xalqinfo" "AzərTAc"a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, iki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə öz adından və Azərbaycan xalqı adından təşəkkürünü bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Qazaxıstanın paytaxtı Astana şəhərində Ali Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı baş tutan toplantıda prezident Nursultan Nazarbayevin Azərbaycan dövlət başçısı İlham Əliyevin məktubunu oxuyub və Serj Sarkisyanın buna reaksiyası sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.

Videoda erməni prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanın necə təşvişə düşməsi gözdən qaçmır. Qeyd edək ki, Astanada baş tutan toplantıda yeni Birliyin yaradılması ilə bağlı sənədi 3 ölkə- Rusiya, Belarus və Qazaxıstan imzalayıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev toplantıda deyib ki, "Biz Azərbaycan prezidentinin məktubunu almışıq. Bütün prezidentlər alıb. Ermənistan Ümumdünya Ticarət Təşkilatına BMT tərəfindən tanınmış beynəlxalq sərhədləri çərçivəsində üzv qəbul olunub və indi də qaydalar Ermənistan ərazisinə bu prinsiplə şamil edilməlidir. Biz bunu bu gün həll etməyək, sadəcə müzakirə üçün deyirəm. Biz bütün sualları bağlamalıyıq ki, biz necə edirik. Razıyıq, elədirmi? Onda birinci məsələ üzrə qərar var".

Nazarbayev deyib ki, bu şərtlərin olmaması rəsmi Bakının xoşuna gəlməyəcək. "Əks halda bu, Azərbaycandan olan bir dostumuzu qıcıqlandıra bilər".

Nazarbayevin bu bəyanatından sonra Sarkisyanın israrla baxdığı Vladimir Putinin heç bir reaksiya verməyərək jurnalı vərəqləməsi jurnalistlərin diqqətindən yayınmayıb.

Nazarbayevin İlham Əliyevin məktubunu oxuyarkən Sərkisyanın düşdüyü vəziyyətə aşağıdakı videoda baxa

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler