» » Prezident Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib

Prezident Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib

Bölmə: MANŞET
Prezident Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edibPrezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todu qəbul edib.

Xalqinfo.az prezidentin rəsmi sayıtına istinadən bildirir ki,Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Bakıda Formula-1 yarışının yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. O, tədbirin önəmini yüksək qiymətləndirərək bunun təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə, o cümlədən regionda mühüm əhəmiyyət daşıdığını dedi.

Formula-1 yarışının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı tədbirin beynəlxalq əməkdaşlığa töhfəsini verdiyini bildirdi. Prezident İlham Əliyev yarışın Azərbaycana gələn turistlərin ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğuladı.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olundu.







Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler