» » Amnistiya aktının icrasına başlanılıb - (YENİLƏNİB FOTOLAR)

Amnistiya aktının icrasına başlanılıb - (YENİLƏNİB FOTOLAR)

Bölmə: MANŞET
Amnistiya aktının icrasına başlanılıb - (YENİLƏNİB FOTOLAR)350 məhbus azadlığa qovuşdu.

Milli Məclis tərəfindən qəbul edilmiş Amnistiya aktının şamil olunduğu məhbusıardan 350-si bu gün ərzində azadlığa buraxılıb.


Xalqinfo.az bidirir ki,bu barədə Oxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Prokurorluqdan bildirilib ki, Amnistiya aktının şamil olunduğu məhbuslardan 216-sı Bakı, 134-ü isə ölkənin digər yerlərindəki cəzaçəkmə müəssisələrindən azad ediliblər.

Bu gün Amnistiya aktının şamil olunduğu 350 nəfərdən 9-u qadındır.

18:21

Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində Amnistiya aktının icrasına başlanılıb.

Xalqinfo.az Oxu.Az-ın Report-a istinadənverdiyi məlumata əsasən xəbər verir ki, proses icrası Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının, Penitensiar Xidmət üzrə təşkil edilmiş komissiyanın, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatı, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Amnistiya Aktının icrasını təmin ediblər.

Amnistiya düşən şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.

Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər amnistiya şamil olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı, layiqli vətəndaş olacaqlarına əminliklərini bildiriblər. Amnistiya aktı Azərbaycan vətəndaşının hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi xarakterizə edilib.

Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində amnistiya aktının əhatə etdiyi şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.

Amnistiya aktına əsasən azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə və neçə-neçə ailələrə səadət, sevinc bəxş etdiyinə görə
Prezident İlham Əliyevə və birinci xanım, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Milli Məclis Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə “28 May - Respublika Günü münasibətilə Amnistiya aktı qəbul edib.

Ümumilikdə, 10 min məhkum amnistiya aktının təsiri altına düşür, onlardan 3 min 500-ə yaxın şəxs cəzaçəkmə müəssisələrindən azad ediləcək.

Amnistiya aktıının icra müddəti dörd aydır.

09:11

Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilmiş növbəti Amnistiya Aktının icrasına başlanılıb.

Xalqinfo.az Oxu.Az-a istinadən bildirir ki, bu il mayın 20-də Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul olunub.

Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxlər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil ovladı olan, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

Qeyd edək ki, amnistiya aktı 10 min nəfər məhbusu əhatə edəcək, onlardan 3500-ü azadlıqdan məhrum etmə yerlərindən azad ediləcək.
Amnistiya aktının icrasına başlanılıb - (YENİLƏNİB FOTOLAR)
Amnistiya aktının icrasına başlanılıb - (YENİLƏNİB FOTOLAR)
Amnistiya aktının icrasına başlanılıb - (YENİLƏNİB FOTOLAR)
Amnistiya aktının icrasına başlanılıb - (YENİLƏNİB FOTOLAR)
Amnistiya aktının icrasına başlanılıb - (YENİLƏNİB FOTOLAR)
Amnistiya aktının icrasına başlanılıb - (YENİLƏNİB FOTOLAR)
































































Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler