» » Rəqiblərinin Heydər Əliyev haqqında etirafı

Rəqiblərinin Heydər Əliyev haqqında etirafı

Bölmə: MANŞET
Rəqiblərinin Heydər Əliyev haqqında etirafıO, Azərbaycan üçün çox şey etmişdi, amma zaman-zaman tənqidlərlə də üz-üzə qalırdı. Lakin hər kəsin etiraf etdiyi bir məqam var idi: o, güclü və ağıllı siyasətçi idi. Bunu onu tənqid edən rəqibləri də dəfələrlə etiraf edir.

Xalqinfo.az Publika.az-a istinadən bildirir ki, Publika.az vaxtilə özlərini Heydər Əliyevə siyasi opponent hesab edənlərdən onun haqqında fikirlərini soruşub.

“Adım çəkiləndə baxışları ilə məni tribunaya qədər izlədi”

Heydər Əliyevə qatı müxalifətçi mövqeyində dayanan ADP sədri Sərdar Cəlaloğlu onu belə xatırlayır: “Mənim Heydər Əliyevlə heç vaxt birbaşa ünsiyyətim olmayıb. Onunla iki dəfə yaxın məsafədə olmuşam. Bir dəfə Naxçıvanda 20 Yanar faciəsinin birinci ildönümü münasibətilə mitinq keçiriləndə onunla çiyin-çiyinə dayanıb çıxış etmişəm. Orda əvvəlcə mən çıxış etdim, sonra İrandan gələn Ayətullah, daha sonra Heydər Əliyev danışdı. İkinci dəfə də Naxçıvanda sərhədlərin açılması ildönümü ilə bağlı tədbir keçirilirdi. Ora Türkiyədən, İrandan gəlmiş qonaqlar var idi, Heydər Əliyev də Ali Məclisin sədri kimi orda idi. O, orta sıralarda oturmuşdu, mən də lap arxada. Mənim çıxış etmək fikrim yox idi, amma birdən mənim adım çəkildi. Mən də yerimdən qalxıb tribunaya gəldim. O, adımı çəkiləndə baxışlarını geriyə çevirib məni tribunaya çıxana qədər izlədi. Çıxış edib gedəndən sonra eyni qaydada məni izlədi. Mitinqdə çıxış zamanı da hiss etmişdim ki, mənə diqqətlə baxır. Hər iki çıxışımı diqqətlə izləmişdi. Amma heç zaman bir kəlmə də danışmamışıq”.

S. Cəlaloğlu qeyd edib ki, Heydər Əliyev onunla görüşmək üçün bir neçə şəxsi yanına göndərmişdi.

“Naxçıvanda olanda bir çox adamlar, eləcə də əslən Naxçıvandan olan Almaniya vətəndaşı Heydər Əliyevin adından mənə təklif gətirmişdi ki, onunla görüşüm. Bundan başqa, bu gün Azərbaycanda məşhur şəxslərin birinin kürəkəni də belə bir təkliflə gəlmişdi. Amma mən razılı olmadım. Çünki mən Heydər Əliyevə xidmət edə bilməzdim, o da mənim dediklərimi etməzdi. Dedim ki, bizim görüşümüz nə Heydər Əliyevə, nə də mənə hansısa xeyir gətirməyəcək. O vaxt Heydər Əliyev ideyalarını bölüşdürmürdüm. Amma bildirdim ki, o kifayət qədər güclüdür və hakimiyyətə gələcək. Sadəcə olaraq öz ideyalarımı qorumaq üçün onunla müəyyən məsafə saxladım” - deyə partiya sədri qeyd edib.

“O açıq mübarizədə mənə qalib gəlib”

Vaxtilə Ayaz Mütəllibov hökumətində təmsil olunan ASDP sədri, Milli Məclisin deputatı Araz Əlizadə Heydər Əliyevi dahi siyasətçi kimi xarakterizə edib: “Mən ona müxalifətdə olmuşam, mübarizə aparmışam. O açıq mübarizədə mənə qalib gəlib. Çox dahi, uzaqgörən idi. Bu xalqı bütün incəliklərinə qədər yaxşı tanıyırdı. Ona görə də öz yolunu davam etdirərək qalib gəldi. Allah ona imkan vermədi, yəqin ki, Qarabağ məsələsini də həll edəcəkdi. Bir dəfə buna yaxın oldu. O zamanda Ermənistanda Petrosyanı devirdilər”.

“Onu müdafiə etdim, bəlkə də bunu unutmamışdı”

AXC dönəmində Ali Məhkəmənin sədri olmuş Vəhdət Partiyasının sədri, hazırda Milli Məclisin deputatı olan Tahir Kərimli Heydər Əliyevi Azərbaycan tarixinin böyük şəxsiyyəti adlandırıb: “Allah ona böyük işlər görmək qismət edib. Heç kimə gizli deyil ki, “Əsrin müqaviləsi” bağlanmasaydı Azərbaycan bu qədər zəngin olmazdı. O, Azərbaycan tarixində dönüş yaratdı. Valyuta fondunda milyardlarımız varsa, ölkəyə milyardlarla dollar xarici investisiya yatırılıbsa, bu, Heydər Əliyevin rolu idi”.

T. Kərimli qeyd edib ki, o Ali Məhkəmənin sədri olanda Heydər Əliyevlə görüşüb: “O, mənimlə işləmək istəyirdi. O zaman çoxları vəzifələrini dondururdu. Mənə işləmək təklifi edəndə dedim ki, mənim öz prezidentim var. O da “sənin prezidentin Kələkidədir” dedi. Mən istefa ərizəmi yazanda rayona getməli idim. Anamı ölümlə hədələmişdilər. Heydər Əliyev mənim istefa ərizəmi Milli Məclisdən özü səsləndirdi və bildirdi ki, Tahir Kərimli Ali Məhkəmənin sədri işləyərkən heç bir qanunu pozmayıb. Mən bizim hakimiyyətimizdə nadir insanlar oldum ki, təmiz işlədim, haqımda heç bir tədbir görülmədi. O ağır dövrlərdə mən bilmirdim ki, o, prezident olacaq. Amma onu dəfələrlə müdafiə etdim. Milli Məclisdə başqalarının üstünə qışqıraraq “kəs səsini” dedim. Bəlkə də bunu unutmamışdı”.




Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler