» » Azərbaycanda dəhşəli qəza –3 ölü + Fotolar

Azərbaycanda dəhşəli qəza –3 ölü + Fotolar

Bölmə: MANŞET
Azərbaycanda dəhşəli qəza –3 ölü + Fotolar
Ötən gün axşam saatlarında Ucar rayonuda ağır yol nəqliyyat hadisəsi baş verib.


“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı Qazax yolunun 212-ci km-də Ucar rayonun Müsüslü kədi ərazisindən keçən hissəsində qeydə alınıb. Nəticədə hələki adı məlum olmayan Kürdəmir rayon sakinin idarə etdiyi 10 TL 953 dövlət qeydiyat nişanlı “MERSEDES” markalı minik maşını əks istiqamətdən gələn hələki adı məlum olmayan Ucar rayon sakininin idarə etdiyi 90 MA 697 dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı maşınla toqquşub. Zərbə nəticəsində Mersedes markalı maşın qarşı tərəfdən gələn FİYAT markalı avto maşına arxadan dəyərək dayanıb. Hadisə zamanı Vaz 2106 nın sürücüsü yerindəcə dünyasını dəyişib.

İlkin məlumatlara görə Merseds markalı maşında olan sərnişinlərdən ikisi Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılsa da onlardan biri dünyasını dəyişib. VAZ 2106 markalı avtomaşında olan 4 sərnişindən 3-ü Ucar rayon mərkəzi xəstəxanasına aparılıb lakin yaralılardan ücüncüsü də dünyasını dəyişib.

Hal-hazırda hər iki maşında olan yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Hadisənin avtomaşınların yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur. Zərbənin gücü o qədər şiddətli olub ki VAZ 2106 markalı maşın iki parçaya ayrılıb. Hər iki maşında 4 sərnişin olub.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Azərbaycanda dəhşəli qəza –3 ölü + Fotolar
Azərbaycanda dəhşəli qəza –3 ölü + Fotolar
Azərbaycanda dəhşəli qəza –3 ölü + Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler