» » Əliyev Qarabağın qaytarılması üçün bir ay vaxt verdi - Şok

Əliyev Qarabağın qaytarılması üçün bir ay vaxt verdi - Şok

Bölmə: MANŞET
Əliyev Qarabağın qaytarılması üçün bir ay vaxt verdi - Şok
“Serj Sərkisyana Qarabağla bağlı 15 gün vaxt verilib”.

Axar.az xəbər verir ki, bu sensasiyalı iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Moskvanın Qarabağa sülhməramlılar yeridəcəyini bildirib:

“Serj Sərkisyana Qarabağla bağlı 15 gün vaxt verilib. Bu vaxt ərzində o, mühüm dəyərləndirmələr etməlidir. Görünür, Moskva və ya hansısa başqa yerdə Sərkisyanı yaman qorxudublar. Ruslar Qarabağa sülhməramlıları yeritməklə məsələni həll etməyə çalışırlar. Bunun üçün çoxdan şans yaranıb. Öncə Rusiya Azərbaycanla ABŞ-ın əlaqələrinə zərbə vurur, Minsk qrupu formatını dağıdır, Ankara və Bakını özünə müttəfiq seçir. Əslində, sülhməramlıların burada yerləşdirilməsi Avrasiya İqtisadi Birliyi haqqında müqavilədən öncə olmalı idi. Amma məsələni Uorlik Kəlbəcər və Laçına səfərlə pozdu. Ardınca isə “B” planı işə düşdü. Cəbhədə gərginlik qaldırılacaq və Ermənistan Rusiyaya Qarabağa sülhməramlıları yeritmək üçün müraciət edəcək. Əliyev və Nazarbayev Qarabağla bağlı qərar üçün 1 iyula qədər ona vaxt veriblər. Sərkisyan qərar verməlidir".

Xatırladaq ki, Sərkisyan Avrasiya İttifaqına qoşulma üçün müqaviləyə iyunun 15-də imza atmağa hazır olduğunu bildirsə də, Nazarbayev Ermənistana iyulun 1-nə qədər düşünmək imkanının verildiyini məqsədəuyğun saydı. Erməni mediası bu fakta diqqət edərək, Sərkisyanın qərar vermək vaxtı ilə bağlı iddia irəli sürüb.
- See more at: http://axar.az/news/19594#sthash.cUmai8d5.yTcGi77f.dpuf

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler