» » Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - Fotolar

Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - Fotolar

Bölmə: MANŞET
Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - Fotolar

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Xalqinfo.az “qafqazinfo” istinaden xəbər verir ki, ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, mühəndis-istehkam qurğularının hazırlığı və təkmilləşdirilməsi, hərbi qulluqçuların döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti və sosial-məişət şəraiti ilə tanış olub.

Müdafiə naziri düşmənlə təmas xəttində yerləşən bölmələrdə qarşı tərəfi müşahidə edib. Ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı polkovnik-leytenant Şükür Həmidova vaxtından əvvəl növbəti polkovnik hərbi rütbəsi təqdim olunub.

Aprel döyüşlərində fərqlənən hərbi qulluqçularla görüşən Müdafiə naziri onlara qiymətli hədiyyələr təqdim edib və onlarla çay süfrəsi arxasında söhbət aparıb.


Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - Fotolar
Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - Fotolar
Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - Fotolar
Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - Fotolar
Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - Fotolar
Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - Fotolar
Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - Fotolar
Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - Fotolar
Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler