» » İşğalından 24 il keçir - "Qafqazın cənnəti"

İşğalından 24 il keçir - "Qafqazın cənnəti"

Bölmə: MANŞET
İşğalından 24 il keçir - "Qafqazın cənnəti"1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.

Xalqinfo.az xəbər veriri ki, Ermənistan hərbi birləşmələri 1992-ci il mayın 8-nə keçən gecə Qarabağ cəbhəsinin komandanı olmuş Arkadi Ter–Tadevosyan imzaladığı əmri ilə Şuşa şəhərinə hücum ediblər.


Düşmənin 1000-ə yaxın əsgəri Rusiyanın ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə üç tərəfdən Şuşaya hücum ediblər.
İşğal nəticəsində 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş,165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isədoğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür.Əsir götürülmüş 58 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsi, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış ,buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.


Qeyde edək ki , bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlərin viran edilməsi “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Kainat Şirin


Mənbə

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler