» » Tağı Əhmədov “MTN işi” ilə bağlı danışdı

Tağı Əhmədov “MTN işi” ilə bağlı danışdı

Bölmə: MANŞET
Tağı Əhmədov “MTN işi” ilə bağlı danışdıSon günlər Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının sədri, sabiq metropoliten rəisi Tağı Əhmədovun adı “MTN işi”nin qurbanları sırasında hallanmaqla yanaşı, onun həm də bir müddət əvvəl bağlanan banklardan birində 8 milyon manat pulunun batdığı iddia olunur.

Xalqinfo.az musavat.com-a istinadən xəbər verir ki, Tağı Əhmədov musavat.com-a barəsində yayılan informasiyaların həqiqətə əsaslanmadığını və onda gülüş doğurduğunu söyləyib:

“Yazılanlar qərəz və böhtandan başqa bir şey deyil. Nə hər hansısa cinayətin qurbanı olmuşam, nə də bankda pul batırmışam. Yazılanlar reallığı əks etdirmir. Görünür, bəzi saytlar adımı hallandırdıqları belə gülünc xəbərlərlə özlərinə reytinq qazanmağa çalışırlar”.

Qeyd edək ki, Tağı Əhmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarova 3 milyon manat xərac verməsi məsələsi ilə də gündəmə gəlmişdi. Onun bu pulu gzli çəkilişlərin müqabilində ödədiyi qeyd edilirdi.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler