» » Şimala güclü qar yağır

Şimala güclü qar yağır

Bölmə: MANŞET
Şimala güclü qar yağır

Azərbaycanın şimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağır.

“Xalqinfo” xəbər verir ki, Quba Regional Hidrometeorologiya Müəssisəsindən Azərtac-a bildiriblər ki, qar yağışı martın 15-i axşam saatlarından başlayıb. Ən çox yağıntı Qubanın Xaltan kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 19 santimetrə çatır. Xınalıqda 6, Qırızda 5, Xızının Altıağac qəsəbəsində 16, Qusarın Ləzə kəndində isə 15 santimetr qar yağıb. Bəzi dağlıq ərazilərdə temperatur mənfi 13 dərəcəyədək düşüb.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, əvvəlcədən xəbər verildiyi kimi martın 16-sı səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış, bəzi yerlərdə sulu qar yağıb, intensiv olub, dağlıq və dağətəyi ərazilərdə isə qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-5, Lənkəran-Astara zonasında 2-19, Lənkəranda və Astarada 25, Böyük Qafqazda 1-16, Mərəzədə 28, Altıağacda 21, Mərkəzi Aran rayonlarında 1-13, Qazax-Gəncə zonasında 1-12, Kiçik Qafqazda 2-8, Naxçıvan MR-da 1-14 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Altıağacda 16, Daşkəsəndə 13 , Ağdərədə 9, Yardımlı, Şamaxıda 7, Sarıbaşda 6, Lerikdə 4, Kəlvəz, Rvarud, Qəbələ, Xınalıqda 3, Mərəzədə 2, Şahbuz, Göygöldə 1, Qubanın dağlıq ərazilərində 1-19, Naxçıvan MR-nın dağlıq ərazilərində 9-22 sm olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler