» » Obamadan İlham Əliyevə məktub

Obamadan İlham Əliyevə məktub

Bölmə: MANŞET
Obamadan İlham Əliyevə məktub
“Bütün Azərbaycan xalqına biz də qoşuluruq”


Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama prezident İlham Əliyevə məktub ünvanlayıb.

“XALQINFO”nun məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından və şəxsən öz adımdan ən xoş arzularımı çatdırıram. 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlətin – Azərbaycan Respublikasının müstəqilliyinin elan olunması münasibətilə əlamətdar bayramı qeyd edən bütün Azərbaycan xalqına biz də qoşuluruq.

Ölkələrimiz arasında təhlükəsizlik məsələlərində güclü əməkdaşlıq mövcuddur və biz Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasında iştirakını yüksək dəyərləndiririk. Ötən illər ərzində ölkələrimiz arasında enerji sahəsində də sıx tərəfdaşlıq qurulmuşdur və biz ötən ilin dekabr ayında “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində yekun investisiya qərarının imzalanmasını yüksək qiymətləndiririk. Biz Azərbaycanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsində liderlik rolunu öz üzərinə götürməyə çağırırıq. Biz, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş əldə etmək üçün Azərbaycana kömək etməyə hazırıq. Bu, hamımızın arzuladığı daha güclü, sabit və müstəqil Azərbaycana əhəmiyyətli töhfə verəcək.

Zəngin mədəniyyət və tarixə malik Azərbaycan xalqını milli bayramınız münasibətilə bir daha təbrik edirik”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler