Zəlimxan Yaqub ölüm ərəfəsində nə istəyib?Bölmə: MANŞET
Ölənə yaxın heç kimi görmək istəmədi. Bu sözləri dünən vəfat edən xalq şairi Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov atasının son anları haqda Axar.az-a danışarkən deyib. O, atasının dünyadan rahat getdiyini bildirib: “Onun son sözləri bu oldu: “Vətənim, dövlətim üçün mənalı, şərəfli bir ömür yaşadım. Övladlarıma da elə bir ömür yaşamağı arzu edirəm”. Son anlarında kimisə və ya nəyisə istəyib-istəmədiyini soruşduq. Heç bir şey istəmədi”. Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub sabah saat 12:00-da I Fəxri Xiyabanda dəfn ediləcək. Bu gün səhərdən isə şairin yaşadığı mənzilin qarşısında mağar qurulub. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|