» » Prezident yeni qurum yaratdı

Prezident yeni qurum yaratdı

Bölmə: MANŞET
Prezident yeni qurum yaratdı

Prezident İlham Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin yaradılması haqqında fərman imzalayıb.

“Xalqinfo”nun məlumatına görə, sənədlə müəyyən edilir ki, Sumqayıt şəhərinin inzibati ərazisində "Pilot layihə" çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Nazirlər Kabineti idarə işçilərinin say həddi barədə təkliflərini 1 ay müddətində prezidentə təqdim etməlidir.

Fərmana əsasən, Nazirlər Kabineti Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti işçilərinin say həddinə bir ay müddətində yenidən baxmalı, bu barədə prezidentə məlumat verməlidir.

Bundan başqa, Nazirlər Kabineti yaradılan Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin maddi-texniki təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görməlidir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler