» » Aynar Məmmədovun jurnalisti döydürən dostu tutuldu

Aynar Məmmədovun jurnalisti döydürən dostu tutuldu

Bölmə: MANŞET
Aynar Məmmədovun jurnalisti döydürən dostu tutuldu
DİN rəhbərliyi təqsirli bilinən şəxsin saxlanılması ilə bağlı informasiyaların sizdırılmaması üçün qəti tapşırıq verib


“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döydürməkdə şübhəli bilinən idmançı Tural Bayamov saxlanılıb.

“Xalqinfo” xəbər verir ki, AzNews.az-ın əldə etdiyi məlumata görə, dünən Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan idmançının buraxılması üçün əvvəlcə külli miqdarda pul müqabilində razılaşma olub. Amma son anda Daxili İşlər nazirinin müavinlərindən birinin müdaxiləsindən sonra Bayramov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilib və onun saxlanılmasının tam məxfi qalması tapşırılıb. Bu məxfiliyin səbəblərinə gəlincə isə, məsələnin bir ucunun daha yüksək vəzifəli şəxslərə gedib çıxmasıdır. Məlumata görə, hadisənin baş verməsinin əsl səbəblərinin ortaya çıxacağı təqdirdə cəmiyyətdə böyük səs-küyə səbəb olacağından DİN hələ ki, nə edəcəyini qətiləşdirməyib.

Odur k, DİN rəhbərliyi təqsirli bilinən şəxsin saxlanılması ilə bağlı informasiyaların sizdırılmaması üçün qəti tapşırıq verib.

Məlumatda həmçinin bildirilir ki, bu gün Ramil Usubovun “Yeni Müsavat” qəzetinin sahibi Rauf Arifoğlu ilə görüşməsi də məsələnin hansı həddə olması barədə ona məlumat vermək, DİN-in nəyə görə qəti addımlar ata bilməməsini dolayısı ilə ona çatdırmaq olub.

Qeyd edək ki, bir neçə gün öncə də mətbuatda Tural Bayramovun saxlanılması ilə bağlı xəbərlər yayılmışdı. Ancaq sonradan bu xəbərlər təkzib edildi.


Aynar Məmmədovun jurnalisti döydürən dostu tutuldu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler