» » "318 milyon manatı Cahangir Hacıyevin göstərişi ilə oğurlamışam"

"318 milyon manatı Cahangir Hacıyevin göstərişi ilə oğurlamışam"

Bölmə: MANŞET
"318 milyon manatı Cahangir Hacıyevin göstərişi ilə oğurlamışam"

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının həbsdə olan müdiri Adil Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 4 ay artırılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 mart, 2016-cı il tarixinə qədər uzadılıb.

Bu ilin may ayında həbs edilən A.Hüseynov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının rəhbəri olub.

A.Hüseynov istintaqa ifadəsində bildirib ki, o, filial rəhbəri olarkən Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində çalışmış Cahangir Hacıyev, İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev və digər rəhbər şəxslərin göstərişi ilə hərəkət edib. O, 318 milyon manat vəsaitin xərclənməsində birbaşa rəhbərlik tərəfindən göstəriş aldığını bildirib. Kreditlərin verilməsinə isə birbaşa həmin vaxt İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışmış Emil Mustafayevin şəxsən özü nəzarət edib.

A.Hüseynov 318 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub. Həmin məbləğin böyük bir hissəsinin Dubayda iki zavodun tikilişinə sərf edildiyi bildirilir.

Qeyd edək ki, A.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. O, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğludur.

"318 milyon manatı Cahangir Hacıyevin göstərişi ilə oğurlamışam"

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler