» » MTN-in daha 3 rəisi işdən çıxarılıb

MTN-in daha 3 rəisi işdən çıxarılıb

Bölmə: MANŞET
MTN-in daha 3 rəisi işdən çıxarılıb

Xəbər verdiyimiz kimi, bir neçə saat öncə milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Arsalan oğlu Əliyev prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub.

Xalqinfo”nun virtualaz.org-a istinadən məlumatəna görə, MTN sistemindəki kadr islahatları davam etməkdədir. Milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən şəxsin bu gün imzaladığı əmrlə MTN-in İsmayıllı və Daşkəsən rayon şöbələrinin rəisləri də tutduqları vəzifələrdən azad ediliblər. Bundan bir neçə gün öncə isə MTN-in Nərimanov rayon şöbəsinin rəisi işdən azad olunub.

Bütövlükdə isə MTN-in keçmiş rəhbərliyinin işdən azad olunmasından və ifşa edilməsindən sonra nazirliyin 120 əməkdaşı bu sistemdən xaric edilib. Onların 80 nəfəri sabiq nazir Eldar Mahmudovun yaxın qohumları və dostları olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler