» » Müxalifət liderləri Ollandla görüşdən danışdılar

Müxalifət liderləri Ollandla görüşdən danışdılar

Bölmə: MANŞET
Müxalifət liderləri Ollandla görüşdən danışdılar
"Görüşdə Azərbaycandakı siyasi məhbuslarla bağlı müzakirə apardıq"


Fransanın Azərbaycanda səfərdə olan prezidenti Fransua Olland müxalifət liderləri və vətəndaş cəmiyyəti institutunun nümayəndələri ilə görüşüb.

Bu gün keçirilən görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, REAL Hərəkatının Məclis sədri Erkin Qədrili, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, “Turan” İnfromasiya Agentliyinin direktoru Mehman Əliyev və araşdırmaçı jurnalist Xədicə İsmayıl iştirak edib.

“Xalqinfo” xəbər verir ki, görüş barədə “Azadlıq”a məlumat verən Əli Kərimli bildirib: "Görüşdə iki ölkə arasındakı münasibətlər, Azərbaycandakı siyasi vəziyyət, siyasi məhbuslarla bağlı- həbsdə olan gənclər, siyasilər, jurnalistlər, dindarlarla bağlı müzakirə apardıq. Həmçinin ölkədə seçki saxtakarlığı ilə bağlı ciddi müzakirələr apardıq. Azərbaycan - Avropa Birliyi münasibətləri, Azərbaycanın Avropa Birliyi ilə assosiasya sazişi imzalaması barədə bizim təşəbbüslərimiz, Azərbaycan hökumətinin Avropa Birliyinə inteqrasiya siyasətinə yaratdığı əngəllər də xüsusi muzakirə mövzusu oldu. Eyni zamanda Azərbaycanda fundamental hüquq və azadlıqların məhdudlaşdırılması, mətbuatin acınacaqlı vəziyyəti, sərbəst toplaşmaq azadlığının olmaması, siyasi müxalifətə, insan huquq müdafiəçilərinə qarşı təzyiqlərlə bağlı fikir mübadiləsi aparildi.

Regionda gedən prosesler də əsas müzakirə mövzularından biri oldu. Biz Ukraynadakı vəziyyəti, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə olan təhlükəni, Qarabağ mövzüsünü, bütövlükdə Azərbaycan xalqı üçün aktual olan məsələləri müzakirə etdik.

Görüşdə xüsusi olaraq vurğuladıq ki, təəssüf ki, Avropa Şurası Azərbaycanda müəyyən mənada ona olan etimadı itirib. Xüsusilə siyasi məhbuslar mövzusuna biganə münasibətinə görə. Bildirdik ki, Azərbaycan cəmiyyətinin Avropa Birliyinə ciddi ümidləri var, cəmiyyətimizin Avropaya inteqrasiya meylləri hələ də çox güclüdür və biz bu meylləri dəstəkləyirik. Ona görə də çox istərdik ki, Azərbaycan cəmiyyəti Avropa Birliyindən məyus olmasin. Avropa təşkilatlarının Azərbaycanda insan haqlarına, demokratik dəyişikliklərə daha diqqətli yanaşmalı olduğunu vurğuladıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler