» »  Tural Məmmədovun deputatlığa namizədliyi rəsmən təsdiqləndi

 Tural Məmmədovun deputatlığa namizədliyi rəsmən təsdiqləndi

Bölmə: MANŞET
 Tural Məmmədovun deputatlığa namizədliyi rəsmən təsdiqləndi

Tural Məmmədov bu il keçiriləcək beşinci çağrış parlament çekilərində iştirak etmək üçün namizədliyini irəli sürmüşdü . Bu barədə məlumat verən T.Məmmədov namizədliyini 121 saylı Laçın seçki dairəsindən bitərəf olaraq verdiyini bildirmişdi.
Bu gün 121 saylı Laçın Dairə Seçki Komissiyası (DSK) Tural Məmmədovun deputatlığa namizədliyi məsələsini müzakirə edib və onun namizəd kimi qeydə alınması haqqında qərar qəbul edib.
Bu barədə Xalqinfo.az-a məlumat verən namizəd prosesin müəyyən edilmiş qaydalar əsasında getdiyini və demokratik şəraitdə sənədlərinin qəbulundan məmnun olduğunu bildirdi. Şəvfav və ədalətli qərara görə 121 saylı Laçın DSK təşəkkür edirəm.Başda Hüseyn müəllim olmaqla.

Qeyd edək ki,T.Məmmədov 10 ildən artıqdır ki, ciddi şəkildə ictimai -siyasi fəaliyyətlə məşquldur.
Əsas fəaliyyət istiqamətini Ulu Öndər Heydər Əliyev ideyaları təşkil edir.
Bir məsələni də qeyd edek ki, Tural Məmmədov xüsusi natiqlik bacarığı ilə fərqlənən gənclərdən biridir


Tural Məmmədov kimdir?

Əslən Laçın rayonundan olan Məmmədov Tural Marks oğlu 1986-cı il martın 6- da Bakı Şəhərində anadan olub.
1992-ci ildə Laçın rayonu Elçin Məhərrəmov adına orta məktəbdə 1 sinifə qəbul olunur.
9 sinifə qədər burada təhsil aldıqdan sonra qalan üç ilini ,Xızı royonu M.Müşviq adına orta məktəbdə davam etdirməli olur.Burada orta məktəbi bitirərək 2003-cü ildə sənədlərini ali məktəbə verir və Universitetin tarix fakültəsinə daxil olur.2007-ci ildə ali təhsilini başa vuraraq həqiqi hərbi xidmətə gedir.2008-ci ildə hərbi xidməti başa vurur.İlk olaraq hərbi xidmətdən qayıdan T.Məmmədov tarix müəllimi işləməyə başlayır.Bu fəaliyyətin nəticəsi olaraq 24 yaşında Təhsil Nazirliyinin əmri əsasında “Azərbaycan tarixi” Abituriyentlər üçün dərs vəsaitini hazırlayır(ilk elmi kitabı işıq üzü görür) 3 il müəllim işləyən gənc fəal ictimai-siyası fəaliyyətə başlayır və müəllimlik fəaliyyətini dayandırır. 2009-cu ildə “Qafqaz servis “ MMC rəhbəri işləyir.Fəaliyyətinin ilk günlərindən
Ulu Öndər Heydər Əliyev ideyaların əsas götürən T.Məmmədov geniş ictimai-siyasi fəaliyyətə başlayır. İlk ictimai fəaliyyətə QHT sektorunda başlayır.DCİY ib idarə heyətinin sədri vəzifəsində işləyir.Gənclər arasında 50- dən artıq layihə keçirdir.Bakı şəhərində və ətraf rayonlarda ,Azərbaycançılıq, Dövlətçilik ideyalarını əhatə edən geniş miqyaslı tədbirlər keçirməyə başlayır və keçirdiyi tədbirlər tanınmış KİV-də işıqlandırılır. QHT sahəsindən uzaqlaşan T. Məmmədov əvvəli işini müstəqil və daha geniş şəkildə davam etdirir..Hazırda minlərlə oxucusu olan Xalqinfo.az xəbər portalının baş direktoru vəzifəsində işləyir. İngilis və rus dillərində sərbəst danışır. Subaydır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler