» » Azərbaycanda qadın icra başçısı təyin edildi- Yenilənib

Azərbaycanda qadın icra başçısı təyin edildi- Yenilənib

Bölmə: MANŞET
Azərbaycanda qadın icra başçısı təyin edildi- Yenilənib
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev bir neçə rayonun icra başçısını vəzifədən azad edərək yeni vəzifələrə təyin edib.


Xalqinfo” xəbər verir ki, İlham Əliyevin sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, daha əvvəlki sərəncamla Abşeronun icra başçısı Zakir Fərəcov vəzifəsindən azad edilərək Sumqayıt şəhərinə icra başçısı göndərilib.

***

“Mənə etimad göstərib bu vəzifəyə təyin etdiyi üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm”.

Bunu APA-ya açıqlamasında bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İradə Gülməmmədova bildirib. O, qeyd edib ki, bu məsuliyyətli vəzifəyə təyin edilməsi ölkə başçısının qadınlara verdiyi diqqət və qayğının təcəssümüdür: “Ölkə başçısı bu məsuliyyətli vəzifəyə məni təyin etdiyi üçün bütün qadınlar adından ona təşəkkürümü bildirirəm. Çalışacağam ki, prezidentimizin mənə göstərmiş olduğu etimadı bacarığımla, var-qüvvəmlə doğruldum”.

O, buna qədər Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışıb. Həmçinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvüdür.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler