» » Qız üstdə öldürülən sabiq polisin –Fotoları

Qız üstdə öldürülən sabiq polisin –Fotoları

Bölmə: MANŞET
Qız üstdə öldürülən sabiq polisin –Fotoları

Bakıda dəhşətli qətlin yeni təfərrüatı üzə çıxıb. Xalqinfo.az xəbər verir ki, Milli.az saytı keçmiş polis əməkdaşı Nadir İbrahimovun Rövşən Həsənov tərəfindən qız üstdə öldürüldüyü barədə məlumat yayıb. Sayt Nizami rayon Polis İdarəsindən öyrənib ki, tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb. Ancaq N.İbrahimovun Feysbuk səhifəsində paylaşdığı şəkillərindən görünür ki, o, ailəli olub. Onun qızı ilə birlikdə fotosu da var. Üstəlik, qətlə yetirilənin qatildən 7 yaş böyük olması, həmçinin əvvəlcədən tanış olmaları qız üstündə mübahisə ehtimalını sual altına qoyur. Sabiq polis işçisi bizneslə məşğul imiş. Hadisə bu gecə saat 3 radələrində baş verib. 1982-ci il təvəllüdlü Rövşən Qalib oğlu Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovu tapançadan atəş açmaqla öldürüb. Daha sonra R.Həsənov idarə etdiyi “Leksus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb. Bu zaman o, idarə etdiyi maşını Rəşad Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilinə çırpıb. Nəticədə R.Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R.Həsənov saxlanılıb.
Qız üstdə öldürülən sabiq polisin –Fotoları
Qız üstdə öldürülən sabiq polisin –Fotoları
Qız üstdə öldürülən sabiq polisin –Fotoları
Qız üstdə öldürülən sabiq polisin –Fotoları

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler