» » Azərbaycanda daha 800 dərman vasitəsi ucuzlaşdırılıb

Azərbaycanda daha 800 dərman vasitəsi ucuzlaşdırılıb

Bölmə: MANŞET
Azərbaycanda daha 800 dərman vasitəsi ucuzlaşdırılıb

Həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

Lent.az-ın Tarif (qiymət) Şurasının saytına istinadən verdiyi xəbərə görə, məlumat verildiyi kimi, Tarif (qiymət) Şurasının 2015-ci il 30 iyul tarixində keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilib.

Tarif (qiymət) Şurasının 2015-ci il 25 avqust tarixində keçirilmiş növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılmış, bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.

Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənmişdir. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.

Əvvəllər də elan edildiyi kimi, 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək. Şuranın qərarına əsasən, həmin tarixdən etibarən qiymətləri təsdiq edilməyən qeyd olunan tərkibli dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər.

İclasda daha 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunmuş və bunun üçün son müddət 2015-ci il sentyabr ayının 10-dək müəyyən edilib

Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli məlumata əlavə olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler