“YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur”Bölmə: MANŞET
“Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri yekunlaşmaq üzrədir”. Yeni Azərbaycan Partiyasından (YAP) APA-ya verilən məlumata görə, bunu partiyanın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Qəbələdə Şəki-Zaqatala bölgəsi üzrə Mərkəzi Seçki Qərargahının müşavirəsində deyib. Ə. Əhmədov bildirib ki, YAP-ın bütün yerli strukturları və fəalları hazırlıq prosesinə fəal cəlb olunub: “Artıq bütün rayon və şəhər təşkilatlarında YAP-ın Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər. YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların, nəhəng quruculuq işlərinin uğurlu nəticələri, yekunda isə Azərbaycan vətəndaşının günü-gündən yüksələn sosial durumu, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın dinamik inkişafı, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması və s. partiyamızın qələbəsini şərtləndirən əsas amillərdəndir”. Müşavirədə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da çıxış edib |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|