» » Hacı İbrahim Vergilər Nazirliyini məhkəməyə verdi

Hacı İbrahim Vergilər Nazirliyini məhkəməyə verdi

Bölmə: MANŞET
Hacı İbrahim Vergilər Nazirliyini məhkəməyə verdi
“Avesta Konserni” MMC Azərbaycan Vergilər Nazirliyi və Bakı şəhər vergilər departamentini məhkəməyə verib.


"Xalqinfo" "Report"a istinadən xəbər verir ki, şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. Hazırda işə Azərbaycan Ali Məhkəməsində baxılır.

Vergi borcunun məbləği açıqlanmır.

“Avesta Konserni” MMC-nin sahibi Hacı İbrahim Nehrəmli “Report”a açıqlamasında şirkətin vergi orqanlarını məhkəməyə verməsindən xəbərsiz olduğunu deyib.

***

“Qafqazinfo” məsələ ilə bağlı Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin əməkdaşı Şahin Məmmədovla əlaqə saxlayıb. O “Avesta Konserni” nin Vergilər Nazirliyini məhkəməyə verdiyini təsdiqləyib: “Avesta Konserni” MMC ona hesablanmış torpaq vergisini məhkəmədə mübahisələndirib və hazırda məhkəmə çəkişməsi davam edir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler