» » Avropa Oyunlarının açılış və bağlanış mərasimi 100 milyon manata başa gələcək

Avropa Oyunlarının açılış və bağlanış mərasimi 100 milyon manata başa gələcək

Bölmə: MANŞET
Avropa Oyunlarının açılış və bağlanış mərasimi 100 milyon manata başa gələcək
“Bakı-2015” I Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri dövlət büdcəsinə 100 milyon manatdan da az vəsaitə (95 milyon dollar) başa gələcək.

Virtualaz.org saytı xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov Rusiyanın TASS agentliyinə müsahibəsində bildirib ki, Avropa Oyunlarının bütün büdcəsi planda nəzərdə tutulmamış xərclərlə birgə 1,174 milyard manat (1,12 milyard dollar) təşkil edib.

Bundan əvvəl bir çox KİV-lər TASS-a istinadən belə xəbər yaymışdılar ki, açılış və bağlanış mərasimlərinə üst-üstə guya 240 milyon manat (229 milyon dollar) xərclənəcək.

A.Rəhimov bildirib ki, bu mərasimlər üçün əlavə vəsait cəlb etməyə ehtiyac olmayıb, xərclər isə 100 milyon manata qədər təşkil edib.

Qeyd edək ki, I Avropa Oyunlarının iyunun 28-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler