» » “ASAN xidmət” BMT-də təltif olunacaq

“ASAN xidmət” BMT-də təltif olunacaq

Bölmə: MANŞET
“ASAN xidmət” BMT-də təltif olunacaq
Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri üzrə Forumu keçirilir. “ASAN xidmət”dən APA-ya verilən xəbərə görə, toplantıya BMT-yə üzv dövlətlərin yüksək dövlət və hökumət nümayəndələrinin rəhbərlik etdiyi heyətlər qatılıb.

Azərbaycan Respublikası tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tədbirin məqsədi ənənəvi olaraq BMT-nin 2015-ci ildə dövlət xidmətlərinin göstərilməsi sahəsində ən uğurlu modellərin təqdim edilməsidir.

BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülən “ASAN xidmət”in təcrübəsini paylaşmaq məqsədilə Dövlət Agentliyinin sədri İ. Kərimov iyunun 23-ü forumun açılış mərasimində çıxış edib.

İ. Kərimov Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər barədə geniş təqdimat edib. “ASAN xidmət”in hüquqi-formal xüsusiyyətləri və dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması baxımından uğurlu və nümunəvi model olaraq üstünlükləri diqqətə çatdırılıb. Qeyd edilib ki, son iki ildə mərkəzlərə müraciət edən 5 milyona yaxın vətəndaşın məmnunluğu təmin edilib.

Təqdimatdan sonra “ASAN xidmət” barədə hazırlanmış videomaterial nümayiş olunub.

Forum çərçivəsində iyunun 24-də Azərbaycanın nümayəndə heyətinin “Davamlı inkişaf üçün dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsi” və “2015-ci il dövlət xidmətlərinin göstərilməsi sahəsində qalib - ASAN xidmət” mövzularında təqdimatları keçiriləcək.

Qeyd edək ki, forumun bağlanış, eyni zamanda qaliblərin mükafatla təltifetmə mərasimi iyunun 26-da baş tutacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler