» » İrəvanda “Maydan” təkrarlanır?

İrəvanda “Maydan” təkrarlanır?

Bölmə: MANŞET
İrəvanda “Maydan” təkrarlanır?
Dünən etibarən İrəvanın mərkəzində enerji tariflərinin qalxmasına etiraz əlaməti olaraq keçirilən oturaq aksiya bu gün də davam edir.


“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, oturaq aksiyanın qarşısını almaq üçün hazırda paytaxt meydanında su şırnağından istifadə edilir.

Prezident Serj Sarkisyan aksiya iştirakçıları ilə görüşməyə hazır olduğunu desə də nümayişçilər təklifi qəbul etməyiblər və prezidentdən enerjinin qiymətinin aşağı salmağı tələb ediblər.

Facebook-da gənc fəallar tərəfindən təşkilən edilən aksiyada 4 mindən çox insanın iştirak etdiyi deyilir.

Aksiyada siyasi şüarlar hələ ki qeydə alınmayıb. Lakin aksiyanın xarakterinin dəyişəcəyi istisna edilmir.

Hadisə yerində olan əcnəbi jurnalistlər isə Ukrayna paytaxtında yaxın zamanlarda baş verənlərlə İrəvandakı hadisələr arasında oxşarlıqlar olduğunu vurğulayıblar.

Ən diqqətçəkən məqam isə paytaxta ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nulandın gəlməsi olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler