» » Həlak olan əsgərimizin təltif olunduğu medal ailəsinə təqdim edilib

Həlak olan əsgərimizin təltif olunduğu medal ailəsinə təqdim edilib

Bölmə: MANŞET
Həlak olan əsgərimizin təltif olunduğu medal ailəsinə təqdim edilib
Düşmənin həmləsini dəf edərkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun əsgəri Zəlimxan Cavadovun ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, bununla əlaqədar mayın 27-də Qobustan rayon İcra Hakimiyyətində mərasim keçirilib. Əvvəlcə şəhidin məzarı ziyarət edilib. Müdafiə Nazirliyindən, “N” saylı hərbi hissədən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsindən, rayon İcra Hakimiyyətindən, idarə və təşkilatlardan nümayəndələrin iştirak etdiyi mərasimdə medal şəhidin atasına təqdim olunub.

Tədbirdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış ediblər.

Bildirilib ki, ötən ilin iyununda Qobustan rayonundan hərbi xidmətə çağırılan Ərəbşalbaş kənd sakini, 1996-cı il təvəllüdlü Cavadov Zəlimxan Eybalı oğlu bu il fevralın 21-də Ağdam istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Zəlimxan kimi qəhrəman oğullarımızın qisasının alınacağı vurğulanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler