» » Deputatın oğluna nazirlikdə vəzifə verildi

Deputatın oğluna nazirlikdə vəzifə verildi

Bölmə: MANŞET
Deputatın oğluna nazirlikdə vəzifə verildi
İlham Pirməmmədov yeni müşavirin konkret hansı işlərlə məşğul olacağını bir qədər sonra müəyyənləşəcəyini bildirib
Azərbaycan “Odlar Yurdu” Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyevin oğlu Samir Vəliyev təhsil naziri Mikayıl Cabbarovun müşaviri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda xeberdar.az saytı məlumat yayıb. Məlumatda bildirilir ki, təhsil naziri Mikayıl Cabbarov Samir Vəliyevlə bağlı sərəncam imzalayıb. Təhsil nazirinin müşaviri İlham Pirməmmədov sayta açıqlamasında artıq Samir Vəliyevin bir neçə gündür ki, işə çıxdığını deyib. İlham Pirməmmədov yeni müşavirin konkret hansı işlərlə məşğul olacağını bir qədər sonra müəyyənləşəcəyini bildirib.

Samir Vəliyevin atası, deputat Əhməd Vəliyev AzVision.az-a açıqlamasında bildirib ki, oğlu 10 gündür bu vəzifəyə təyinat alıb: “Mətbuatda bu xəbər verilibsə, deməli düz məlumatdır. 5-10 gündür ki, təyin edilib. Amma gec eşitmişəm”.

Deputatın oğluna nazirlikdə vəzifə verildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler