» » Kəmaləddin Heydərov kadr dəyişikliyi etdi

Kəmaləddin Heydərov kadr dəyişikliyi etdi

Bölmə: MANŞET
Kəmaləddin Heydərov kadr dəyişikliyi etdi
övqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi həyata keçirilib.


AzNews.az-a daxil olan məlumata görə, nazirlik yarandığı vaxtdan qurumun mətbuat xidmətinin rəhbəri olan Tural Müseyibov vəzifəsindən çıxarılıb. Onun yerinə isə İTV direktorunun sabiq müavini Oqtay Bayramov təyin edilib.

Xatırladaq ki, uzun illər “AzərTAc”da müxtəlif vəzifələrdə çalışan Oqtay Bayramov bir müddət İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətinin sədr müavini postunu tutub. İTV-nin yeni rəhbərliyi ilə aralarında yaranan anlaşılmazlıq səbəbindən isə telekanaldan uzaqlaşıb.

Kəmaləddin Heydərovun əmri ilə T. Müseyibova FHN-nin Muğan Regional Mərkəzinin rəis müavini postu həvalə edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler