» » Dünyanın ən güclü ordusunda intiharlar

Dünyanın ən güclü ordusunda intiharlar

Bölmə: MANŞET
Dünyanın ən güclü ordusunda intiharlar
ABŞ Müdafiə Nazirliyində aprelin 25-də keçirilən brifinqdə Pentaqonun mətbuatla iş üzrə şöbəsinin direktoru, polkovnik Stiv Uoren 2012-ci ildə ABŞ Silahlı Qüvvələrində intihar halları haqqında illik Hesabatın detallarını və 2013-cü il üçün ilkin məlumatları açıqlayıb.

Şöbə müdirinin məlumatına görə, 2012-ci ildə hərbi heyətdən 522 adam intihar edib. Onların 319 nəfəri ABŞ Silahlı Qüvvələrində həqiqi xidmətdə, 203 nəfəri ehtiyatda olub. 2013-cü ildə həqiqi xidmətdə olan hərbi qulluqçular arasında intihar edənlərin sayı 261 nəfər azalsa da, ehtiyatda olanlar arasında artaraq 213 nəfərə çatıb. İntihar edənlərin çoxu ağ irqin nümayəndələri, 17-24 yaşlarında evli, yaxud orta məktəbi yenicə bitirmiş kişilərdir.

Polkovnik Uorenin məruzəsinə görə, intihar etmiş hərbi qulluqçuların 42,1 faizi travmadan sonrakı dövrdə stress pozğunluğu, 34 faizi uğursuz intim münasibətlər, 32 faizi maliyyə problemləri səbəbindən həyatlarına son qoyublar. O, həmçinin bildirib ki, Pentaqon ABŞ Silahlı Qüvvələrində intihar problemlərinin və onların həlli metodlarının aşkara çıxarılması üçün proqramlar həyata keçirir, araşdırmalar aparır.

Sonra polkovnik Stiv Uoren jurnalistlərin müdafiə naziri Çak Heyqlin Meksikaya və Qvatemalaya səfərinə və Ukraynada vəziyyətin pisləşməsinə dair suallarına cavab verərək deyib ki, Pentaqonun Rusiyanın müdafiə nazirinə ünvanlandığı məktubunda Ç.Heyqlin vəziyyəti Sergey Şoyqu ilə müzakirə etməyə hazır olduğu bildirilib. Lakin Moskvadan cavab hələ gəlməmişdir.
Mənbə
AzerTac

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler