» » Prezidentdən məhkəmələrlə bağlı fərman

Prezidentdən məhkəmələrlə bağlı fərman

Bölmə: MANŞET
Prezidentdən məhkəmələrlə bağlı fərman
Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununun tətbiqi haqqında fərman verib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, sözügedən qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərar qəbul edib və tapşırıq verib:

Fərmana əsasən, Nazirlər Kabineti “Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir;

Mərkəzi icra hakimiyyəti orqanlarına normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq, bunun icrası barədə beş ay müddətində prezidentinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti isə həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Müəyyən edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” qanununun 110-cu maddəsinin beşinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler