» » Vasif Talıbov xəstələndi?

Vasif Talıbov xəstələndi?

Bölmə: MANŞET
Vasif Talıbov xəstələndi?
“Bəzi kütləvi informasiya vasitələrində Naxçıvan rəhbərliyi və Naxçıvan haqqında yer alan böhtan xarakterli yazıları pisləyirik”.

ans press-in məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov APA-ya açıqlamasında Naxçıvan MR-nin Ali Məclisinin rəhbəri Vasif Talıbovun xəstəlik səbəbindən Bakıya gətirilməsi ilə bağlı yayılmış məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu tip informasiyaların verilməsi üçün Bakıda Naxçıvan MR-nin daimi nümayəndəliyi mövcuddur: “Nümayəndəliyin rəhbərliyi ilə əlaqə saxlamaq lazımdır. Məlumat dəqiqləşdirildikdən sonra bu, kütləvi informasiya vasitələrinə verilə bilər. Biz bu informasiyaların haradan yönəldildiyindən və kimlərə xidmət etdiyindən xəbərdarıq. Bu, təxribatdır”.

Nümayəndəlik rəhbərinin sözlərinə görə, xəbəri yazanlar Muxtar Respublikanın “Şərq Qapısı” qəzetinin saytına da müraciət edə və orada Naxçıvan rəhbərliyinin gündəlik olaraq hansı tədbirlərdə iştirak etməsi ilə bağlı məlumatları görə bilərlər: “Onlar baxsaydılar, görərdilər ki, Naxçıvan rəhbərliyi bu gün bir neçə açılışda iştirak edib. Biz bu məsələləri pisləyirik. Arzu edirik ki, bu məsələlər bir daha təkrarlanmasın. Mən bu tipli təxribatlara əl atanlara bildirmək istəyirəm ki, Naxçıvan Azərbaycanda xüsusi çəkiyə malikdir və daim inkişaf edir. Bunun bariz nümunəsini görmək istəyənlər istənilən zaman Naxçıvana gedə bilərlər”.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə Naxçıvan MR-nin Ali Məclisinin rəhbəri V. Talıbovun xəstələnməsi ilə əlaqədar Bakıya gətirilməsinə dair məlumatlar yayılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler