» » İŞİD yeni təlim bazası

İŞİD yeni təlim bazası yaratdı

Bölmə: Информация, Siyasət, Dünya, BLOK XƏBƏR
İŞİD yeni təlim bazası


ABŞ hücumları genişləndirə bilər.

Xalqinfo.az Angeles Times qəzetinə istinadən xəbər verir ki, İŞİD terror qruplaşması Liviyada təlim bazası yaradıb. Amerika kəşfiyyatından qəzetə bildiriblər ki, sözügedən bazada yüzlərlə yeni yaraqlı təlimatlandırılır.

Kəşfiyyatçıların qiymətləndirmələrinə görə, bu fakt yaxın zamanda olmasa da, ABŞ-ın təkcə Yaxın Şərqdə, o cümlədən Liviyanın ərazisində İŞİD-in mövqelərinə qarşı hücumların miqyasını genişləndirə bilər.

Son zamanlar ABŞ hərbi-hava qüvvələri gündəlik İŞİD-in İraq və Suriyadakı mövqelərinə zərbələr endirirlər. Bu işdə onlara antiterror koalisiyasının üzv ölkələrinin hərbi təyyarələri də kömək edirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler