» » Unutqanlığa çarə tapıldı - Artıq heç nə itirməyəcəksiz

Unutqanlığa çarə tapıldı - Artıq heç nə itirməyəcəksiz

Bölmə: Информация, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Unutqanlığa çarə tapıldı - Artıq heç nə itirməyəcəksiz
Amerikanın məhşur şirkətlərindən biri olan "İnform" maraqlı bir cihaz hazırlayıb. Şirkət mütəxəssislərinin təşəbbüsü ilə hazırlanan çip dünyadakı ən kiçik əşyanı belə unutmağa icazə vermir.

Xalqinfo.az xəbər verir ki, amerikalıların yeni kəşfi insanların unutqanlıq dərdinə son verəcək. Təqib çipi adlanan cihaz itirilən şəxsi əşyaların yerini dəqiqliklə təsbit edir.

Yeni nəsil ağıllı telefonlara bağlantılı şəkildə işləyən cihaz sizə şəxsi əşyanızdan müəyyən məsafədə uzaqlaşdığınız zaman ismarıc vasitəsilə xəbərdarlıq edir. Çipi istənilən əşyanın üzərinə birləşdirməyiniz kifayət edir.

Çip hava limanlarında və avtobus terminallarında baqaj və şəxsi əşya itirmə riskini sıfıra endirəcək. Çip sadəcə cansız əşyalarda deyil, ev heyvanlarında, hətta körpələrdə belə istifadə edilə bilər.

Çip 6 müxtəlif rəngdə istehsal olunacaq.

Hazırlanan təqib çipinin dekabr ayında orta hesabla 100 dollardan başlayan qiymətlərlə satışa çıxacağı bildirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler