» » Dünya bazarında "Apple"in payı artıb, "Samsung"un payı azalıb

Dünya bazarında "Apple"in payı artıb, "Samsung"un payı azalıb

Bölmə: Информация
Dünya bazarında "Apple"in payı artıb, "Samsung"un payı azalıb“Strategy Analytics” tədqiqat şirkətinin məlumatına görə, 2015-ci ilin birinci rübündə dünya mobil telefonlar bazarının həcmi 8 faiz artaraq 445 milyon qurğuya çatıb.

İKT.lent.az-ın "DailyComm”a istinadən xəbərinə görə, bu sayın 345 milyonunu smartfonlar təşkil edib. Beləliklə, ötən rübdə buraxılan hər onuncu mobil telefondan səkkizi smartfonlar sinfinə aid olub.

İstehsalçılar arasında ən yaxşı dinamikanı Çin və ABŞ-da "iPhone 6” modelinə yüksək tələbat fonunda illik ifadədə bazar payı 11 faizdən 14 faizədək artan “Apple” şirkəti nümayiş etdirib. Cari ilin yanvar-martında dünyada 61,2 milyon “Apple” aparatı tədarük edilib ki, bu da bir il əvvəlki göstəricidən 40 faiz çoxdur.

Tədarükün 12 faiz azalmasına baxmayaraq, “Samsung” mobil telefonlar bazarında liderliyini qoruya bilib. Ötən rübdə Cənubi Koreya şirkəti 99 milyon mobil telefon tədarük edib. Bir il əvvəl bu göstərici 113 milyona bərabər olub. Bunu nəzərə alaraq şirkətin payı 27,4 faizdən 22,2 faizədək azalıb.

Liderlər üçlüyünü 2014-cü ildə “Nokia” şirkətinin mobil biznesini satın alan “Microsoft” korporasiyası tamamlayır. ABŞ korporasiyası 33,7 milyon mobil telefon istehsal edib ki, bu da ötən il buraxılan 47 milyon qurğudan 28 faiz azdır. “Microsoft”un payı 11,4 faizdən 7,6 faizədək azalıb ki, bu da "Strategy Analytics”in apardığı müşahidə tarixində ən aşağı nəticədir. Azalmaya "feature phone" sinfindən olan qurğuların tədarükünün aşağı düşməsi, eləcə də yeni “Windows 10” əməliyyat sisteminin çıxması ərəfəsində "Lumia” smartfonlarına tələbatın azalması səbəb olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler