DataLife Engine > Kriminal, BLOK XƏBƏR > Keçmiş sevgilisini qəsdən avtomobillə vurdu

Keçmiş sevgilisini qəsdən avtomobillə vurdu


10-07-2021, 06:26. Yerləşdirdi: Tural Keçmiş sevgilisini qəsdən avtomobillə vurdu
Bakının Sabunçu rayonunda avtomobil qadını vurub.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
1985-ci il təvəllüdlü Ələkbərova Aygün Əhmədağa qızı yol kənarında hərəkətdə olarkən onu avtomobil vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qadının Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilməsi zamanı məlum olub ki, A.Ələkbərovanı onun keçmiş sevgilisi qəsdən vurub. Səbəb isə ondan ayrılması olub.
Geri qayıt